M.H.Naxçıvani küç,1B ( Statistika komitəsi ilə üzbəüz)

+99412 436 90 41

+994 55 204 62 42

Bizi İzləyin

    Korporativ İngilis Dili

  • Şirkətlərə verilən xarici dil təlim proqramlarımızın ilk addımı, bu təlimi əldə etmək isteyən  şirkət üzvlərinin məqsəd və gözləntilərini müəyyənləşdirməkdir. Bunun ardından şirkət işçilərinin hazırkı dil səviyyələrinin müəyyənləşdirilməsi və səviyyələrə uyğun tədris proqramlarının hazırlanmasıdır.

     

    İngilis dilində  xüsusən də beynəlxalq tədqiqatlarda, istifadə qaydaları və terminlər var, eynilə türkcə kimi. İş yerlərində yazışmalarda, konfranslarda, görüşlərdə və təqdimatlarda fəal iştirak edən işçilərin həm karyeralarının, həm də şirkətlərinin xeyrinə işləmək üçün bu sahələrdə kifayət qədər dil səviyyəsinə çatması vacibdir.

    Professional təlimçi  heyəti və peşəkar komandamızın inkişafını daim izləyən şirkət işçiləri üçün təşkil ediləcək kursun müddəti, günləri və saatları, məzmunu və s. detallar şirkət rəsmiləri ilə birlikdə müəyyənləşdirilir. Lazım olduqda, “şirkət üçün xüsusi” tədris planı yaradılır. Mərkəzimiz illərdir hüquq, tibb, aviasiya, dənizçilik, xarici ticarət və toxuculuq və ən əsası  ümumi ingilis dili kimi bir çox sahələrdə işgüzar ingilis dili təhsili verir.

    İlk önce işlədiyimiz şirkət üzvlərinin ingilis dilini və bacarıqlarını müəyyənləşdiririk. Sonra təhsillərini peşələrinə görə lazım ola biləcəkləri mövcud istifadə qaydaları ilə qarışdırdığımız xüsusi bir tədris planı ilə davam etdiririk. Beləliklə, təlim zamanı ümumi ingilis dilini artırarkən iş üçün tələb oluna biləcək texniki məlumatlarla da tanış oluruq. Burada vacib olan şey təhsilin məqsəd və vəzifələrini düzgün müəyyənləşdirməkdir.

    Ətraflı məlumat üçün bizə və ya təhsil məsləhətçilərimizlə əlaqə saxlaya bilərsiniz. Uyğun gördüyünüz zaman, mərkəzimizə baş çəkib və istəklərinizi gərçəkləşdirə  bilərik.


    Şirkətlər üçün kurs haqları, qiymət endirimləri və kampaniyalar haqqında ən yaxşı və dəqiq məlumat; Mərkəzimizdən əldə edə bilərsiniz. 

     


    Korporativ Xarici Dil Kurslarımız Aşağıdakı Əsas Məsələlərdə Qurumunuzun İnkişafına Kömək Edəcəkdir.

     

    • İnsan və layihə idarəetməsi,
    • Peşəkar varlıq və təsir,
    • İclasda iştirak,
    • Biznes təqdimatları,
    • İş yerində danışıqlar,
    • Virtual müzakirələr,
    • İş müsahibələri,
    • İş e-poçtları və iş yazışmaları

     

     

    Sonda sizə verilən hesabatda işçilərinizin əldə etdikləri irəliləyişləri görməyə imkan verir. İştirakçıların təməl ünsiyyət bacarıqlarının inkişaf səviyyəsini və ya təlimin onlara təsirini ən təsirli şəkildə izləyə bilərsiniz.