M.H.Naxçıvani küç,1B ( Statistika komitəsi ilə üzbəüz)

+99412 436 90 41

+994 55 204 62 42

Bizi İzləyin

    SAT

  • SAT (Scholastic Aptitude/Assesment Test) imtahanı əslində tənqidi düşünmə bacarıqlarını yoxlayan standartlaşdırılmış, test üsulu ilə keçirilən bir giriş imtahan növüdür. Son zamanlar dünyanın müxtəlif ölkərinin müxtəlif kollec və universitetləri qəbul prosesində SAT imtahanının nəticələrini qəbul edirlər. Bu imtahan təhsillərini bakalavr pilləsində ABŞ və ya Kanada universitetlərində davam etdirmək istəyən namizədlər üçün demək olar ki məcburidir( universitetlərin tələblərinə əsasən dəyişə bilər).
    SAT imtahanı tələbənin əsas fənləri və ya fərdi məktəb biliklərini necə mənimsədiyini bütövlükdə təsdiqləməklə   şagirdlərin tədris prosesinin növbəti mərhələsinə keçməsinə necə hazır olduqlarını göstərir. SAT-ın əsas  məqsədi orta məktəb şagirdinin kollec vəya universitet üçün hazırlığını ölçmək və bu zaman təhsil müəssisələrini bütün namizədləri müqayisə etmək üçün istifadə edilə biləcək vahid kriteria ilə təmin etməkdir. SAT imtahanında topladığınız nəticə ilə yanaşı məktəbdəki orta müvəffəqiyyət göstəricisi, aldığınız dərslər, müəllim və ya mentorların tövsiyə məktubları, dərsdənkənar fəaliyyətlər, qəbul müsahibələri və şəxsi esseləriniz də qəbul prosesində nəzərdən keçiriləcəkdir.
    İmtahanın iki versiyası var: SAT I (reasoning test)SAT II (subject test). Tələbə iki test üsulundan birini və ya hər ikisini seçə bilər.
    SAT I imtahanının müddəti ümumilikdə üç saatdır ( essay yazılacaqsa əlavə 50 dəqiqə verilir) Test ümumi biliyi sınayır, sual-cavab formasındadır. Bu cür imtahanlara riyazi bölmə, tənqidi oxu və yazı daxildir. SAT II ərizəçilərin bir sahədə ixtisaslarını qiymətləndirir. Testin müddəti cəmi bir saatdır.

    SAT I imtahanın formatı

    Ümumilikdə test 3 hissədən ibarətdir- riyaziyyat (math), yazı (writing) və oxuma (reading) qabiliyyətlərini ölçmək üçün tərtib edilmiş testlərseçimə bağlı inşa.Riyaziyyat bölməsi 58 sualdan ibarətdir və suallar cəbr və həndəsə məsələlərindən  ibarətdir. Bu hissə üçün sizə verilən vaxt 80 dəqiqədir.
    Tənqidi oxu (Critical reading) da iki hissədən ibarətdir, 52 sualdan ibarətdir, vaxt limiti 65 dəqiqədir.
    Suallar üç qrupa bölünür. Əvvəlcə sizə verilən mətni başa düşməlisiniz.Bu zaman ərizəçi bir və ya iki mətnlə işləyir. Testin məzmunu ilə bağlı bir neçə suala (6 ilə 13) cavab verməlisiniz. Namizəd mətnin əsas fikrini müəyyənləşdirməli, müəllifin problemə necə müraciət etdiyini və hansı nəticəni çıxarmaq lazım olduğunu göstərməlidir.
    Analogiyalar ikinci suallar toplusudur. Bu zaman tələb edilən, sizə verilmiş iki söz arasındakı əlaqə növünü müəyyənləşdirmək və sonra oxşar və ya paralel bir əlaqə ilə digər sözləri cüt halına salmaqdır.
    Üçüncü qrup cümlənin tamamlanmasıdır. Əsas vəzifə müvafiq məna , qrammatik sözlər və ifadələr seçərək boşluqları doldurmaqdır.
    İmtahanın yazılı hissəsində namizədlərdən 35 dəq ərzində 44 suala cavab verməsi və istəyə bağlı inşa yazması istəniləcəkdir. Bu bölmə qrammatika biliklərini sınamaq üçün hazırlanmışdır.Tələbə inşa yazmağa məcbur deyil, lakin yazarsa bu zaman əlavə 50 dəqiqə ərzində 80 sözü keçməməklə tapşırığı yekunlaşdırmalıdır.
    İmtahan qiyməti- 47.5 dollardır ( imtahan inşa ilə olacaqsa 64.5 dollar)
    Maximum toplana biləcək bal-1600
    Ortalama bal –1060
    Türkiyə də son zamanlar qəbul proseslərini SAT əsas götürülərək həyata keçirməyə başlamışdır.Qeyd edildiyi kimi hər universitetin qəbul kriteriyası fərqlidir və bu  təhsil almaq istədiyiniz dilə əsasən ( ingilis, türk, yarı ingilis , yarı türk), universitetlərin qəbul etdiyi imtahan nəticəsi əsas götürülərək fərqlənir. Türkiyədə təhsil almaq istəyən tələbələr üçün əsas olaraq YÖS imtahanı nəzərdə tutulmuşdur, lakin son zamanların statistikasına əsaslanaraq demək mümkündür ki, Türkiyənin ən prestijli universitetləri SAT nəticələrini artıq tələb edir və qəbul edir. Tələb edilən minimum bal 1200 dür ( yazı bölməsi minimum 650 olmalıdır). SAT nəticəsi ilə Türkiyənin bu universitetlərinə qəbul ola bilərsiniz:
    • Boğaziçi Universiteti
    • Orta Doğu Texnik Universiteti
    • Yıldız Texnik Universiteti
    • İstanbul Texniki Universiteti
    • Hacettepe Universiteti
    • Ankara Universiteti

    If you’re getting prepared to write your essay available, then you want to have a list of those that will be

    And while most students take nights off just college essays for sale to complete their homework and ask a friend to help with the preparation, you can choose the time for different activities in your daily life instead.

    your target audience.