Dissertasiyasız magistratura proqramının məqsədi tələbəyə peşəsi mövzusunda bilgi vermək və mövcud bilginin praktikada necə tətbiq olunacağını göstərməkdir. Dissertasiyasız Magistraturanı seçənlərin əksəriyyəti iş həyatından gələnlər olduğu üçün dərslər axşam saatlarında və ya həftə sonları keçirilə bilir. Dissertasiyasız Magistratura proqramları ümumilikdə 30 kreditdən az olmamaq şərtilə ən az 10 fənn ilə yekun layihədən ibarətdir.
Dissertasiyasız Magistratura proqramları 2 və ya 3 semetrdə bitir.
Kreditli dərslərini və layihəsini müvəffəqiyyətlə tamamlayan tələbəyə Magistr Diplomu verilir. Diplomun üzərində proqramın dissertasiyasız olduğu yazılmır. Yəni dissertasiyalı və dissertasiyasız ixtisasların hər ikisinin də diplomu eynidir. (Bəzi universitetlərdə fərq ola bilər)