M.H.Naxçıvani küç,1B ( Statistika komitəsi ilə üzbəüz)

+99412 436 90 41

+994 55 204 62 42

Bizi İzləyin

    Yaşam Xərcləri

  • They’re inexpensive, right?Let’s face essay writer it, if you are paying someone to write your essay for you, then there’s always likely to be a chance that the article will not be up to snuff.

    Tələbələri maraqlandıran əsas nüanslardan biri də təhsil alacaqları ölkədə yaşayış yeri məsələsidir. Türkiyə dövlət universiteti  yataqxanalarında azərbaycanlı tələbələr üçün  universitetin ilk illərindən qalmağa boş yerlər mümkün olmur, ona görə də tələbələr müəyyən müddət yataqxana növbələrində gözləməli olurlar. Bu səbəbdən,  tələbələr çox zaman özəl yataqxanalar və kirayə evlərdə qalır.  Özəl yataqxanaların qiyməti 130  manatdan başlayır. Yaşayış yerinin qiyməti evin şəratindən, yaşayacağınız şəhərdən, evlə universitet arasındakı məsafədən asılı olaraq dəyişir.  Kirayə evlərin qiyməti şəhər mərkəzində bir nəfərlik 350-420 AZN, şəhər kənarında isə 230-260 AZN təşkil edir. 3 nəfərlik kirayə mənzil isə şəhər mərkəzində 700-750 AZN, şəhərətrafı yerlərdə isə 400-440 AZN təşkil edir.

    Kommunal xərclər – Bu xərclər sizdən asılı olaraq dəyişir. Normal sərfiyyatda su, elektrik, istilik, zibillərin daşınması daxil olmaqla 70-100 AZN aylıq kommunal  ödənişi etməli olacaqsınız. Aylıq internet-Wifi ödənişi isə 25 AZN təşkil edir. 1 dəqiqəlik ilkin ödənişli yerli mobil tarif  0.19 AZN qiymətindədir.


    Qida xərcləri –  Təhsil müddətinin adətən ikinci ilindən dövlət universitetləri yataqxanalarında xarici tələbələr üçün boş yerlər yarana bilər. Bu zaman dövlət universiteti yataqxanaları xarici tələbələri  gündəlik 2 dəfə yeməklə təmin edir. Əgər özəl yataqxanalarda yaxud kirayə mənzillərdə yaşasanız, qidalanma üçün  əlavə xərc çəkəsi olacaqsınız. Ortalama qiymətlər əsasən gündəlik tələbat məhsulları üçün belədir: 1 litr süd – 1.27 AZN, 12 ədəd yumurta – 2.79 AZN, 500 qr ağ çorək – 0.64 AZN, 1.5 litr su – 0.52 AZN, 1 kq mal əti – 15.54 AZN, 1 kq toyuq əti – 5.17 AZN və s. təşkil edir. Əgər restorandan sifariş vermək istəsəniz, ucuz restoranda bir nəfərlik yemək sifarişi – 5.20 AZN, orta səviyyəli restoranda 2 nəfərlik 3 kurs yemək –  25 AZN, 0.33 litr su isə 0.35 AZN qiymətindədir.

    Nəqliyyat xərcləri – Dövlət universitetləri tərəfindən xarici tələbələrə nəqliyyat xərcləri cəhətdən dəstək göstərilir(aylıq endirimli ictimai nəqliyyat biletləri, güzəştli tələbə kartları və s.). Ümumiyyətlə ölkədə  1 nəfərlik ictimai nəqliyyat bileti 0.87 AZN, aylıq gediş haqqı 52 AZN təşkil edir. 1 km məsafəlik Taksi qiyməti 0.84 AZN-dir. Əgər şəxsi avtomobil istifadə etsəniz, 1 litr benzinin qiyməti 1.66  AZN təşkil edir.


    Əgər sağlam olmaq və formada qalmaq istəyirsinizsə, fitnes klublara aylıq abunə ola bilərsiniz. Bu zaman ortalama 40.28 AZN ödəməli olacaqsınız. İstirahət və əyləncə üçün kinoteatra gedəcəksinizsə, 1 nəfərlik biletin qiyməti 6.20 Azn-dir.


    Sərfəli qiymətlərlə beynəlxalq standartlara uyğun, yüksək keyfiyyəli təhsil almaq istəyirsinizsə, Türkiyə universitetəri Sizin yolunuzu gözləyir. Bunun üçün sadəcə bizə müraciət edin, “Marmara Deshaneleri”  komandası olaraq, qardaş ölkə Türkiyədə arzu etdiyiniz universitetdə ali təhsil almağınız üçün hər cürə köməklik göstərək.