M.H.Naxçıvani küç,1B ( Statistika komitəsi ilə üzbəüz)

+99412 436 90 41

+994 55 204 62 42

Bizi İzləyin

  • YÖS Nədir ?

    • 09 İyul 2020
    • Posted By : marmara admin
    • YÖS Nədir ? üçün şərhlər bağlıdır

     

    YÖS (Yabancı Ögrenci Sınavı) nədir?

    YÖS-Türkiyədə xarici tələbələrin bakalavr təhsil alması üçün lazım olan imtahan növüdür.Bu imtahan 2010-cu ilə qədər Türkiyədə “Ölçmə, Seçme ve Yerleştirme Merkezin`də (ÖSYM)” ildə bir dəfə olmaqla iyun ayında keçirilirdi. 2011ci ildən isə yeni qərarlara əsasən imtahan ləğv olunur, lakin bəzi universitetlər özləri universitet daxilində keçirilməyə başladılar. Türkiyədə hal-hazırda da bir çox dövlət və özəl universitetler məhz YÖS` lə xarici tələbələri qəbul edir.Adətən, fevral və mart bəzi unversitetlərdə isə may aylarında qediyyat başlayır.

    YÖS imtahanında iştirak etmək istəyən namizədlər məktəbi bitirmiş və ya axrıncı sinif olmaları şərti ilə birlikdə;

    1.Xarici vətəndaş olmaları
    2.Türk vətəndaşı olub sonradan türk vətəndaşlığından çıxan
    3.Xarici vətəndaş olduğu halda türk vətəndaşlığına keçənlər
    4.İkili vətəndaşlığı olanlar
    5.Türk vətəndaşı olub, məktəb təhsilini xaricdə alanlar
    6.Xarici hər hansı bir ölkədə türk təhsili alanlar(məsəslən, türk litseyləri)
    7.GCE AL imtahanından keçmiş şagirdlər
    8.Türkiyədə məktəb təhsili alan xarici vətəndaşlar olmalıdırlar.

    YÖS imtahanı ümümi 80 sualdan ibarətdir.Bunlardan 45i YÖS IQ , 30-32si riyaziyyat, 3-5i həndəsədir.

    Türkcə bilməyiniz imtahanın şərti deyil.Lakin imtahandan müsbət nəticə aldıqdan sonra türkcə biliyinizi müəyyənləşdirmək üçün digər bir imtahan tərtib olunur. Türkcə dil imtahanı nəticələri A, B, C qruplarına ayrılır.

    A- Yüksək nəticə hesab olunur və bu balı topladıqda əlavə bir il türk dili dərsləri almırsınız.
    B- Qrupuna daxil olmusunuzsa, universitet dərsləri ilə parelel olaraq türkcə dərsidə alırsınız.
    C- İsə zəif nəticədir və siz bir dərs ili əlavə türk dili kursu keçirsiniz.

    Bir daha qeyd edək ki, YÖS türkcə imtahanın sizin universitetinizə qəbul olunmanızda heç bir rol oynamır.Bu proses siz universtetdə daxil olduğunuzdan sonra başlayır.
    YÖS imtahanı ilə xarici abituriyentlər tibb, mühəndislik, memarlıq, hüquq,turizm,iqtisadiyyat və bir çox fakultələrdə oxuya bilər.

    Bu imtahana hər il Azərbycandan, Türkmənistandan, İrandan,Almaniyadan və sair ölkələrdən yüzlərlə abituriyentlər daxil olur.

    YÖS imtahanına qediyyatdan keçmək üçün YÖS imtahanını qəbul edən universitetlərin rəsmi saytlarına daxil olaraq, gerçəkləşdirə bilərsiniz.